Maaş və pensiyalar bu tarixdə ARTACAQ
30 Avqust 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
484
28.11.2024, 17:00
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Oxu24.com xəbər verir ki, Nəzarət tədbirləri zamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çox sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.
01:31 / 31 Avqust 2026
8
23:17 / 30 Avqust 2026
156
22:54 / 30 Avqust 2026
113
21:59 / 30 Avqust 2026
122
21:17 / 30 Avqust 2026
123
21:17 / 30 Avqust 2026
110
20:11 / 30 Avqust 2026
100
20:05 / 30 Avqust 2026
81
19:27 / 30 Avqust 2026
183
18:36 / 30 Avqust 2026
586
18:33 / 30 Avqust 2026
137
17:55 / 30 Avqust 2026
186
17:25 / 30 Avqust 2026
131
17:15 / 30 Avqust 2026
126
17:10 / 30 Avqust 2026
528
16:55 / 30 Avqust 2026
134
16:55 / 30 Avqust 2026
160
16:35 / 30 Avqust 2026
122
16:30 / 30 Avqust 2026
129
16:28 / 30 Avqust 2026
698
16:04 / 30 Avqust 2026
651
15:29 / 30 Avqust 2026
912
15:15 / 30 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.