Maaş və pensiyalar bu tarixdə ARTACAQ
30 Avqust 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1199
27.11.2024, 21:30
Milli Məclisin komitə və plenar iclaslarında mütəmadi olaraq, pensiya sistemi daxil olmaqla, sosial sfera ilə bağlı təkliflərimizi təqdim edirik. O təkliflərin bir qismi artıq qanunvericilikdə, beynəlxalq qaydalarda öz əksini tapıb, o cümlədən, işsizlikdən sığorta ilə bağlı qaydaların dəyişdirilməsi və ünvanlı sosial yardım kimi aktiv proqramlarla bağlı bizim əvvəlki dövrlərdə təqdim etdiyimiz təkliflərin bir qismi artıq qanunvericilikdə yer alıb.
OXU24.COM xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalq praktikaya əsaslanır.
"Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkənin modelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəri təqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeyd etdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğun hesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.
Bunun maliyyə qiymətləndirməsinin aparılması, daha sonra qurumlar tərəfindən qərarların verilməsi mümkündür. Amma biz millət vəkili olaraq təkliflərimizi təqdim edirik və təkliflərin qiymətləndirməsi hökumət tərəfindən aparılır. Çünki onun maliyyə yükünün bütün sektorlara təsirlərinin qiymətləndirməsi həyata keçirilir.
Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdə təkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiya kapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilən üstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunması məqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesab edirik", - deyə o bildirib.
01:31 / 31 Avqust 2026
8
23:17 / 30 Avqust 2026
156
22:54 / 30 Avqust 2026
113
21:59 / 30 Avqust 2026
122
21:17 / 30 Avqust 2026
123
21:17 / 30 Avqust 2026
110
20:11 / 30 Avqust 2026
100
20:05 / 30 Avqust 2026
81
19:27 / 30 Avqust 2026
183
18:36 / 30 Avqust 2026
586
18:33 / 30 Avqust 2026
137
17:55 / 30 Avqust 2026
186
17:25 / 30 Avqust 2026
131
17:15 / 30 Avqust 2026
126
17:10 / 30 Avqust 2026
528
16:55 / 30 Avqust 2026
134
16:55 / 30 Avqust 2026
160
16:35 / 30 Avqust 2026
122
16:30 / 30 Avqust 2026
129
16:28 / 30 Avqust 2026
698
16:04 / 30 Avqust 2026
651
15:29 / 30 Avqust 2026
912
15:15 / 30 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.