Maaş və pensiyalar bu tarixdə ARTACAQ
30 Avqust 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
715
27.11.2024, 13:40
Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin inkişaf etdirilməsi maliyyə inklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və orta sahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarını təmin edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) BOKT-ların bu rolunun artırılması, eləcə də onların təklif etdiyi kredit məhsullarının əlçatanlığı və şəffaflığının təmin edilməsi üçün öz mandatı çərçivəsində zəruri addımları atmağa davam edir.
AMB-dan bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna 2023-cü ildə edilmiş dəyişiklərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib. Bu dəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub.
Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. Belə ki, BOKT-lərdə kredit riskinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.
Bununla yanaşı, qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.
Eyni zamanda, qaydalarda kəmiyyət xarakterli və maliyyə dayanıqlığına təsir göstərən tələblər formalaşdırılmışdır. Qaydalara əsasən yeni yaradılan BOKT-larda nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lara 1 milyon manat kapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyən edilib, ehtiyatların yaradılmasına dair tələblərə yenidən baxılıb.
Qaydalardakı tələblər BOKT-ların maliyyə dayanıqlılığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcək.
01:31 / 31 Avqust 2026
122
23:17 / 30 Avqust 2026
297
22:54 / 30 Avqust 2026
180
21:59 / 30 Avqust 2026
185
21:17 / 30 Avqust 2026
175
21:17 / 30 Avqust 2026
146
20:11 / 30 Avqust 2026
136
20:05 / 30 Avqust 2026
85
19:27 / 30 Avqust 2026
226
18:36 / 30 Avqust 2026
699
18:33 / 30 Avqust 2026
148
17:55 / 30 Avqust 2026
199
17:25 / 30 Avqust 2026
147
17:15 / 30 Avqust 2026
132
17:10 / 30 Avqust 2026
1056
16:55 / 30 Avqust 2026
139
16:55 / 30 Avqust 2026
172
16:35 / 30 Avqust 2026
126
16:30 / 30 Avqust 2026
136
16:28 / 30 Avqust 2026
840
16:04 / 30 Avqust 2026
667
15:29 / 30 Avqust 2026
1027
15:15 / 30 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.