Qaynar xətt:

(+99450) 247 90 86

10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlandı

2019-04/1556198576_kredit-mehleme.jpg

İQTİSADİYYAT

876

25.04.2019, 17:21

\"\"  10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb
Oxu24.com  xəbər verir ki, iqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı Azvision.az -a açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur. Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: \"Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də \"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.