Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq — BU TARİXDƏN
31 Avqust 2026, 11:53
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
212
21.11.2024, 13:18
“2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
“Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyil və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək.
Bildirmək istəyirəm ki, 2023-cü ilin avqust ayından etibarən ilin sonunadək müvafiq qanunvericiliyin tələbi olaraq Fondun formalaşmış sərbəst vəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 425,0 mln. manat investisiya fəaliyyətinə yönəldilib, cari ilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavə olaraq yönəldilməsi gözlənilir.
Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.18 mln. manat gəlir əldə edilib və 2024-cü ilin sonuna qədər isə əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir”, - deyə komitə sədri bildirib.
00:55 / 01 Sentyabr 2026
115
00:52 / 01 Sentyabr 2026
195
00:40 / 01 Sentyabr 2026
99
00:00 / 01 Sentyabr 2026
208
23:56 / 31 Avqust 2026
87
23:49 / 31 Avqust 2026
100
23:39 / 31 Avqust 2026
92
23:28 / 31 Avqust 2026
160
23:16 / 31 Avqust 2026
93
23:11 / 31 Avqust 2026
234
23:10 / 31 Avqust 2026
281
23:06 / 31 Avqust 2026
1321
23:04 / 31 Avqust 2026
84
22:35 / 31 Avqust 2026
95
21:39 / 31 Avqust 2026
125
21:32 / 31 Avqust 2026
905
21:26 / 31 Avqust 2026
103
21:02 / 31 Avqust 2026
2746
20:59 / 31 Avqust 2026
79
20:58 / 31 Avqust 2026
98
20:48 / 31 Avqust 2026
405
20:28 / 31 Avqust 2026
160
19:56 / 31 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.