“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
01 Sentyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
307
18.11.2024, 14:10
“Apple Distribution International Limited” şirkəti Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.
Qeyd edək ki, “Apple Distribution International Limited” Şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının (//ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb.
Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitorinqini əhatə etməklə sadə interfeysə malikdir. Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir.
“Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət, əsasən, “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.
Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdadır.
11:11 / 01 Sentyabr 2026
19
11:05 / 01 Sentyabr 2026
27
11:04 / 01 Sentyabr 2026
29
11:00 / 01 Sentyabr 2026
38
10:55 / 01 Sentyabr 2026
37
10:46 / 01 Sentyabr 2026
50
10:38 / 01 Sentyabr 2026
43
10:25 / 01 Sentyabr 2026
55
10:20 / 01 Sentyabr 2026
62
10:18 / 01 Sentyabr 2026
61
10:18 / 01 Sentyabr 2026
67
10:12 / 01 Sentyabr 2026
161
10:11 / 01 Sentyabr 2026
56
10:04 / 01 Sentyabr 2026
57
09:53 / 01 Sentyabr 2026
63
09:44 / 01 Sentyabr 2026
60
09:39 / 01 Sentyabr 2026
58
09:32 / 01 Sentyabr 2026
534
09:30 / 01 Sentyabr 2026
56
09:27 / 01 Sentyabr 2026
63
09:24 / 01 Sentyabr 2026
69
09:23 / 01 Sentyabr 2026
64
09:22 / 01 Sentyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.