“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
01 Sentyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
238
18.11.2024, 13:36
Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.
Oxu24.com xəbər verir ki, yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.
Belə ki, əvvəllər Ali Məclisin deputatları məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.
Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunub.
Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3163 manat), sədrin müavini 90 faizini (2997), komitə sədri 65 faizini (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.
Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.
Həmçinin, Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları sonuncu dəfə 2023-cü ildə artırılıb. Belə ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilərək, deputatların əməkhaqqı 950 manat müəyyən edilib. 2023-cü ilə qədər deputatların maaşı 750 manat olub.
11:11 / 01 Sentyabr 2026
19
11:05 / 01 Sentyabr 2026
27
11:04 / 01 Sentyabr 2026
29
11:00 / 01 Sentyabr 2026
38
10:55 / 01 Sentyabr 2026
37
10:46 / 01 Sentyabr 2026
50
10:38 / 01 Sentyabr 2026
43
10:25 / 01 Sentyabr 2026
55
10:20 / 01 Sentyabr 2026
62
10:18 / 01 Sentyabr 2026
61
10:18 / 01 Sentyabr 2026
67
10:12 / 01 Sentyabr 2026
161
10:11 / 01 Sentyabr 2026
56
10:04 / 01 Sentyabr 2026
57
09:53 / 01 Sentyabr 2026
63
09:44 / 01 Sentyabr 2026
60
09:39 / 01 Sentyabr 2026
58
09:32 / 01 Sentyabr 2026
534
09:30 / 01 Sentyabr 2026
56
09:27 / 01 Sentyabr 2026
63
09:24 / 01 Sentyabr 2026
69
09:23 / 01 Sentyabr 2026
64
09:22 / 01 Sentyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.