Rubl neçəyə oldu?
15 İyul 2025, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
169
18.11.2024, 12:29
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olan “Bank Respublika” və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.
Oxu24.com xəbər verir ki, sazişə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.
Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.
“Bank Respublika” ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühüm bir addımdır. “Bank Respublika”ya etimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizliklə gözləyirik”, - deyə FMO-nun icraçı direktoru, Michael Jongeneel qeyd edib.
“İlk növbədə, qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühün tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının “Bank Respublika”ya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Həmçinin oxuyun
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də feysbuk, instaqram, linkedin, teleqram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
17:10 / 17 İyul 2025
Belçika İsrailə hərbi tədarükünü dayandırıb
17
16:59 / 17 İyul 2025
ABŞ Ukrayna naminə Patriotların İsveçrəyə çatdırılmasını təxirə salıb
20
16:50 / 17 İyul 2025
Ukraynaya bir milyona yaxın sursat verildi
21
16:43 / 17 İyul 2025
Bakıda 3 prokuror işdən çıxarıldı
394
16:21 / 17 İyul 2025
Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
29
16:10 / 17 İyul 2025
Hindistanlı astronavt kosmosa gedəcək
23
15:35 / 17 İyul 2025
Gürcüstan vətəndaşları Avropadan qovulub
35
15:31 / 17 İyul 2025
Suriya hökumət qüvvələri ölkənin cənubunu tərk edir
40
15:25 / 17 İyul 2025
Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib?
275
15:20 / 17 İyul 2025
ABŞ İqtisadiyyatının İnflyasiya Şoku ilə üzləşəcəyi proqnozlaşdırılır
50
15:19 / 17 İyul 2025
Əməkdar incəsənət xadimi vəfat etdi - FOTO
354
15:13 / 17 İyul 2025
İranın hava məkanı 24 saat beynəlxalq tranzit uçuşlar üçün açılıb
40
15:10 / 17 İyul 2025
Hindistan Rusiyanı kimə dəyişəcək?
37
15:05 / 17 İyul 2025
Şoyqu Suvorovdan sitat gətirir və Avropanı hədələyir
46
15:04 / 17 İyul 2025
Polşanın Xarici İşlər Naziri Vinnitsadakı Polşa zavoduna hücumla bağlı isterik deyib
40
14:41 / 17 İyul 2025
Zelenski Ukraynanın ABŞ-dakı səfiri postuna namizədinin adını açıqlayıb
55
14:38 / 17 İyul 2025
Baydenin İran planı üzə çıxdı
50
14:29 / 17 İyul 2025
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hansı planı var?
55
14:19 / 17 İyul 2025
Baş prokurordan yeni TƏYİNATLAR
591
14:17 / 17 İyul 2025
Kreml Trampın ultimatumunu şərh edib
53
13:53 / 17 İyul 2025
70 yaşlı rejissor vəfat etdi
57
13:21 / 17 İyul 2025
Klinika direktoru arvadını əvvəl bıçaqlayıb, sonra güllələyibmiş - Foto
361
13:04 / 17 İyul 2025
SON DƏQİQƏ! Bakı-Qazax yolunda ağır qəza: Ölənlər var
654
13:00 / 17 İyul 2025
Ukrayna NATO-nun Avropadakı yeni komandanı ilə danışıqlar aparır
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.