Azərbaycanda emal olunmuş tütün istehsalı 2,2 dəfə artdı
01 Sentyabr 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
203
13.11.2024, 15:18
“Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Keçən ilin sonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyən ölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Bu qüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhv qərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq və COP29-u boykot etmək oldu”.
Bunu Bakıda öz işinə başlamış COP29-la bağlı açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili sözünə davam edərək bildirib ki, bu məqsədlə digər ölkələrə dərs keçməyi və siyasi riyakarlığı özlərinin əsas fəaliyyət prinsipləri kimi müəyyən etmiş müəyyən Qərb ölkələrindəki bəzi siyasətçilər dövlət nəzarətində olan QHT-ləri və dezinformasiyalar üzərində ixtisaslaşmış medianı səfərbər etdilər.” Azərbaycanın demonizasiyası bu qüvvələrin əsas amalına çevrildi. Lakin bütün bu səylər heç bir nəticə vermədi. COP29 artıq öz işinə başlayıb və biz indidən əminliklə deyə bilərik ki, bu sessiya bütün bəşəriyyət üçün çox önəmli nəticələrə gətirib çıxaracaq. COP29-un Liderlər Sammitinin açılış mərasimdə söylədiyi nitqində cənab Prezident İlham Əliyev bütün bu məqamlara detallı şəkildə toxundu. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Cənab Prezident son bir ildə boykotu təşviq edən qüvvələrə də öz mesajını göndərdi. Onların diqqətinə çatdırıldı ki, Bakıda keçirilən COP29-a qarşı boykot kampaniyası tam iflasa uğradı. Bu gün Azərbaycanda COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı vardır ki, onlardan da 80 nəfəri Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərdir. Bu, anti-Azərbaycan qüvvələrin növbəti planlarının tam fiaskosu deməkdir”
K.Qafarov qeyd edib ki, Azərbaycanın coğrafi yerləşməsi ona bir sıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcə özünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqların mənafeylərinə uyğun yararlanmağı ehtiva edir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdə enerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən də Azərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində də önəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyaya nümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir”.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.