Sahil Babayev tapşırıqlar verdi -FOTOLAR
20 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
300
11.11.2024, 13:03
COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start verildikdən cəmi iki saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.
Oxu24.com xəbər verir ki, noyabrın 11-dən etibarən qapılarını ziyarətçilər üçün açacaq COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.
Belə ki, 9 noyabr tarixində iTicket.az platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub.
Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.
Qeyd edək ki, Yaşıl Zona biletlərini iTicket platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.
Konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib.
08:56 / 22 Noyabr 2026
1
01:34 / 22 Noyabr 2026
174
01:33 / 22 Noyabr 2026
163
23:53 / 21 Noyabr 2026
807
23:41 / 21 Noyabr 2026
264
23:11 / 21 Noyabr 2026
1440
23:00 / 21 Noyabr 2026
173
22:47 / 21 Noyabr 2026
501
22:32 / 21 Noyabr 2026
223
22:20 / 21 Noyabr 2026
698
22:02 / 21 Noyabr 2026
609
21:49 / 21 Noyabr 2026
188
21:32 / 21 Noyabr 2026
684
21:27 / 21 Noyabr 2026
209
21:20 / 21 Noyabr 2026
185
21:17 / 21 Noyabr 2026
974
20:49 / 21 Noyabr 2026
1338
20:33 / 21 Noyabr 2026
228
20:09 / 21 Noyabr 2026
2469
19:14 / 21 Noyabr 2026
883
19:12 / 21 Noyabr 2026
261
18:41 / 21 Noyabr 2026
191
18:29 / 21 Noyabr 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.