Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
02 Sentyabr 2026, 09:54
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
349
04.11.2024, 13:59
"İstehlak kreditlərinin faizləri ilə yanaşı diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır. Hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb".
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır:
"Rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni, kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda, müştərinin yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə, o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb.
Faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı".
23:10 / 02 Sentyabr 2026
426
22:51 / 02 Sentyabr 2026
89
22:50 / 02 Sentyabr 2026
124
22:45 / 02 Sentyabr 2026
97
22:34 / 02 Sentyabr 2026
267
22:15 / 02 Sentyabr 2026
82
22:13 / 02 Sentyabr 2026
618
22:09 / 02 Sentyabr 2026
182
22:03 / 02 Sentyabr 2026
369
21:58 / 02 Sentyabr 2026
75
21:48 / 02 Sentyabr 2026
2499
21:39 / 02 Sentyabr 2026
69
21:30 / 02 Sentyabr 2026
422
21:22 / 02 Sentyabr 2026
75
21:19 / 02 Sentyabr 2026
71
21:15 / 02 Sentyabr 2026
83
21:08 / 02 Sentyabr 2026
86
21:06 / 02 Sentyabr 2026
93
21:04 / 02 Sentyabr 2026
2434
20:54 / 02 Sentyabr 2026
172
20:45 / 02 Sentyabr 2026
73
20:34 / 02 Sentyabr 2026
114
20:24 / 02 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.