Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda orta aylıq əməkhaqqı artıb

2024/11/04/1730709021_1690454641.pul.jpeg

İQTİSADİYYAT

117

04.11.2024, 12:35

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.

Oxu24.com Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.