Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
14 Mart 2025, 10:23
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
90
28.08.2024, 10:59
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bununla da İqtisadiyyat Nazirliyi yanında olan xidmət bu sənədlə mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.
Oxu24.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, inhisara qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır.
"Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisara qarşı mübarizənin gücləndirilməsi və eləcə də rəqabətin müdafiəsi daha da prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan, xidmətin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardı.
Həmçinin oxuyun
Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir".
İqtisadçı qeyd edib ki, Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edib:
"Yeni məcəllə eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəflədiyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Çünki yeni qurumun yaranmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır. Bütövlükdə, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisara qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni institusional səhifənin açılması deməkdir".
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
71
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
729
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
50
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
44
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
45
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
37
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
50
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
43
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
43
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
46
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
62
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
68
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
112
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
119
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
159
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
130
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1685
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
181
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
140
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
157
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
162
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
168
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
166
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
163
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.