Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu işçilərin maaşları artırıldı

Azərbaycanda bu işçilərin maaşları artırıldı

İQTİSADİYYAT

319

20.08.2024, 15:58

“Şərq qapısı” qəzetinin əməkdaşlarının maaşları artırılıb.

Oxu24.com "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, yeni ştat cədvəlinə uyğun olaraq qəzetin əməkdaşlarının əməkhaqları avqust ayının 15-dən yeni məbləğdə müəyyənləşib.

Məlumata görə, yaxın gələcəkdə qəzetin maddi-texniki bazasının yenidən qurulması üçün də işlərə başlanılacaq.

Qeyd edək ki, “Şərq qapısı” qəzeti XX əsrin əvvəllərində – 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqanlardan biridir. 2010-cu ildə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Hazırda qəzet həftədə beş dəfə çıxır.