Azərbaycan Ermənistana nə satır, onlardan nə alır? — DETALLAR
23 Noyabr 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
297
13.08.2024, 14:28
Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,3 faiz artıb. 2024-cü ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 2,1 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 452,2 manatlıq, o cümlədən 249,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,7 manatlıq qeyri-ərzaq malları alıb.
08:34 / 24 Noyabr 2026
1
23:50 / 23 Noyabr 2026
1041
23:32 / 23 Noyabr 2026
183
23:29 / 23 Noyabr 2026
171
23:24 / 23 Noyabr 2026
182
23:19 / 23 Noyabr 2026
176
22:54 / 23 Noyabr 2026
194
22:39 / 23 Noyabr 2026
294
22:37 / 23 Noyabr 2026
204
22:30 / 23 Noyabr 2026
182
22:25 / 23 Noyabr 2026
248
22:14 / 23 Noyabr 2026
258
21:55 / 23 Noyabr 2026
173
21:51 / 23 Noyabr 2026
791
21:44 / 23 Noyabr 2026
228
21:35 / 23 Noyabr 2026
192
21:27 / 23 Noyabr 2026
209
20:55 / 23 Noyabr 2026
2585
20:46 / 23 Noyabr 2026
165
20:37 / 23 Noyabr 2026
201
20:21 / 23 Noyabr 2026
198
20:16 / 23 Noyabr 2026
275
20:09 / 23 Noyabr 2026
231
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.