Son səkkiz ayda hansı məhsullar bahalaşıb? - FOTO
10 Sentyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
315
14.06.2024, 11:34
Azərbaycanda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 33,5 milyon manatı vətəndaşlara geri qaytarılıb.
Oxu24.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin noyabr ayından 2024-cü il iyun ayına qədər müvafiq portal üzrərindən ümumilikdə 15 897 müraciət daxil olub ki, həmin müraciətlərdən 8 363-ü üzrə 33,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 5 ayı ərzində isə vətəndaşlar layihə çərçivəsinə 2 522 müraciət ünvanlayıblar. Bu müraciətlərdən 1 532-si üzrə 7,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib, müvafiq qaydaların tələblərinə əsasən 898 müraciət üzrə ödənişdən imtina olunub.
Portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1 365 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 891-i təsdiqlənib.
ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür.
İmtina hallarına səbəb olan bir sıra əsas məqamlar mövcuddur. Bunlara son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir.
Eyni zamanda, mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələri tövsiyyə olunur. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq - təhlil işləri həyata keçirilir.
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.