Qaynar xətt:

(+99450) 247 90 86

Yarışda gənc idmançı öldü

Yarışda gənc idmançı öldü

İDMAN

832

17.12.2023, 22:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Pervouralsk şəhərində   keçirilən boks turnirində 14 yaşlı yeniyetmə ölüb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

 

“Prosessual yoxlama zamanı İstintaq Komitəsinin İstintaq Komitəsi hadisə yerinə baxış keçirib, hadisə şahidləri dindirilib, yeniyetmənin meyiti ölümünün dəqiq səbəblərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib, idmançıların yarışlara buraxılmasının yoxlanılmasına dair sənədlər tələb olunub və öyrənilib”, - məlumatda deyilir.

 

Bildirilir ki, baxış zamanı faciəyə səbəb olan şərait və səbəblər dəqiqləşdirilir.

 

Hadisə  2023-cü il dekabrın 17-də açıq boks çempionatında baş verib.

 

Turnir iştirakçılarından biri, 2009-cu il təvəllüdlü gənc dava zamanı buraxılmış bir neçə zərbədən sonra huşunu itirib.

 

Hadisə yerinə gələn təcili tibbi yardım maşını boksçunu xəstəxanaya aparıb və o, orada ölüb.

 

Bir müddət əvvəl Moskvada xokkeyçi buzda ölüb.

 

Müəllif: Nigar