Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22940
az

Rusiyalı idmançı millimizdən qovuldu

10:2418 Yanvar, 2020
696
İDMAN
  • A

Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb.

Oxu.Az-ın xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib.

Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir ki, rusiyalı legionerimiz bu il heç bir turnirdə yarışa bilməyəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib:

“O, bizdən maaş almır. Çünki dopinqə düşüb cəzalandırıldıqdan sonra yarışmır. Əgər yarışmırsa, ona niyə əlavə maaş verməliyik? Pozdnyakovun milliyə qayıtması söhbəti isə, ümumiyyətlə, müzakirə olunmur. Bu məsələ bizim üçün çoxdan bağlanıb. Yalnız cəzası başa çatdıqdan onun məsələsinə baxıla bilər”.

Xatırladaq ki, iki gün sonra 31 yaşını qeyd edəcək Kirill Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Synergy” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kinq
Mahir Emreli: “Xarakterimi və səbrimi sınadım”

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU