“Qarabağ”da nə baş verir? Gərginlikdən sonra vida qərarı
10 Noyabr 2026, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
552
16.06.2026, 08:26
Bir vaxtlar Türkiyə Super Liqasında mübarizə aparan, həmçinin yoldaşlıq və rəsmi oyunlarda "Real Madrid"i 3:2, "Qalatasaray"ı isə 4:2 hesabı ilə məğlub edərək böyük uğurlara imza atan "Yimpaş Yozgatspor"un məşq bazası acınacaqlı vəziyyətə düşüb.
Oxu24.com xəbər verir ki, klubun bağlanmasından sonra baxımsız qalan 100 dönümlük ərazi hazırda inəklərin otlaq sahəsinə çevrilib.
Məlumata görə, 1998/1999-cu illər mövsümündə "Yimpaş Holding"in tərkibinə keçərək adını dəyişən və 2000-2002-ci illərdə Super Liqada çıxış edən qırmızı-qaralar regional liqaya düşdükdən sonra fəaliyyətini tamamilə dayandırıb.
Klubun çiçəklənən dövründə – 2000-ci ildə Fakıbəyli bölgəsində inşa etdirdiyi və toxumları xüsusi olaraq Niderlanddan gətirilən iki nizami ot meydançası olan müasir kompleksi isə taleyin ümidinə buraxılıb.
Hazırda meydançalarda bitən otlar kənd heyvanlarının yeminə çevrilib, idmançıların soyunub-geyinmə otaqları isə tamamilə dağıdılıb.
Yerli həvəskar liqada mübarizə aparan "Yozgatspor 1959 FK" klubu bu tarixi bazanı yenidən bərpa etmək və istifadəyə vermək üçün hələ 2023-cü ildə genişmiqyaslı işlərə başlasa da, "Yimpaş Holding" ilə bağlı yaranan hüquqi maneələr və yasal problemlər səbəbindən layihə yarıda qalıb. Bununla da əfsanəvi klubun mirası hüquqi çəkişmələr və baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzədir.(bizimmedia)
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.