Qurban Qnrbanov yaxşı tanıdığı şəxsi özünə köməkçi götürdü
10 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
1048
30.05.2026, 23:53
Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etməli olan "Turan Tovuz" klubu bu hüquqdan məhrum edilib.
Oxu24.com xəbər verir ki,Sportinfo.az məsələ ilə bağlı bir çox mətləbləri üzə çıxarıb.
Təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz"a Konfrans Liqasında iştirakına qadağa qoyulması ilə bağlı məktub gəlib.
Klub qısa müddətdə məhkəməyə müraciət edib, məsələnin həllinə çalışıb.
Hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova belə müraciət olunub.
Lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.
Əldə etdiyimiz digər məlumata görə, məsələnin kökü 2019-cu ildə başverənlərə gedib çıxır.
Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən "Turan Tovuz”un 7 oyunçusu - Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
"Turan Tovuz" rəhbərliyi qərarla hələ də razılaşmaq istəmir.
Mümkün bütün instansiyalara baş vurub, qadağanı götürməyə ümid edir.
Əks halda, 32 ildən sonra avrokuboklarda iştirak hüququ qazanan "Turan Tovuz"u mövsümü 5-ci sırada tamamlayan "Zirə" kollektivi əvəz edəcək.
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.