Qaynar xətt:

(+99450) 247 90 86

“Real” “Kayrat”a aman vermədi 

news/2025_10_01/real_1759276097.jpg

İDMAN

552

01.10.2025, 09:00

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.

Oxu24.com  xəbər verir ki, bu günə nəzərdə tutulan 9 oyundan 2-si artıq başa çatıb.

Qazaxıstan çempionu “Kayrat” öz meydanında Madrid “Real”ını qəbul edib. Almatıda baş tutan oyunda qonaqlar 5:0 hesabı ilə qələbə qazanıb. “Real”ın üç qolunu Kilian Mbappe vurub.

Digər qarşılaşma İtaliyada yerli “Atalanta” ilə Belçika “Brügge”si arasında olub. Bu matçda isə meydan sahibləri qələbə qazanıb - 2:1.

20:45. “Kayrat” (Qazaxıstan) - “Real” (İspaniya) - 0:5

Qollar: Mbappe, 25 - pen., 52, 73, Eduardo Kamavinqa, 83, Brahim Dias, 90+3 

20:45. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika) - 2:1

Qol: Xristos Dzolis, 38 (0:1), Lazar Samardjiç, 74-pen. (1:1), Mario Paşaliç, 87 (2:1)Qafqazinfo