Qaynar xətt:

(+99450) 247 90 86

“Qarabağ” yüz faiz liderlər arasında olardı”- Lunyov

“Qarabağ” yüz faiz liderlər arasında olardı”- Lunyov

İDMAN

290

05.12.2024, 16:28

“Dinamo”nun (Moskva) qapıçısı Andrey Lunyov “Qarabağ”la bağlı sualları cavablandırıb. 

Oxu24.com xəbər verir ki, qolkiper bu barədə “Sport Ekspress”ə müsahibəsində danışıb.  

O, “Qarabağ”ın Rusiya Premyer Liqasında hansı yerlər uğrunda mübarizə aparacağı ilə bağlı fikirlərini bildirib:

“Qarabağ” RPL-də oynasaydı, şüphəsiz ən yaxşılardan olardı. Hətta düşünürəm ki, yüksək yerlər üçün mübarizə aparardı. Bunu yüz faiz deyirəm, onlar ilk “altılığ”a düşə bilərdi”.

Xatırladaq ki, Andrey Lunyov ötən mövsümü “Qarabağ”da keçirib.