Gözəl Zutova dünya çempionu oldu
29 Avqust 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
318
05.12.2024, 12:49
Almaniyanın "Nürnberq" klubunda çıxış edən yığmamızın hücumçusu Mahir Emreli açıqlama verib.
Oxu24.com xəbər verir ki, o, II Bundesliqa təmsilçisinin rəsmi televiziyasına danışıb.
Mahir azərbaycanlı futbolsevərlərin də “Nürnberq”i dəstəklədiklərini qeyd edib: “Burada Azərbaycanı təmsil edirəm. Başa düşürəm ki, hər addımıma fikir verilir. Həmişə legioner həyatı yaşamaq, dünyaya bizim futbolçuları göstərmək, həmyerlilərimə də qapı açmaq arzusunda olmuşam. Azərbaycanlı azarkeşlər mənə böyük ümid bəsləyirlər. Mən də əlimdən gələni edirəm ki, onları sevindirim”.
“Nürnberq”də buvaxtadək 4 qol vuran M.Emreliyə anası Elnurə Emrelinin yazdığı “5-ci qola nə vaxt imza atacaqsan” sualı ünvanlanıb. Mahirin cavabı belə olub: “Hər bir hücumçu qol vurmaq istəyir. Ancaq ondan da vacib komandanın nəticəsidi. Şəxsən məni qələbə qazanmağımız daha çox maraqlandırır. Düşünürəm ki, növbəti qolu “Elvsberq”lə matçda vura bilərəm. Bunu etməliyəm. Əks-halda evdə problem olacaq (gülür)”.
Millimizin üzvü qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə ulduz futbolçu Kriştianu Ronaldonun hərəkətini təkrarlamaları haqda da danışıb. Ronaldonu böyük oyunçu adlandıran Mahir bununla belə, onun fanatı olmadığını, Tsimasın Kriştianuya azarkeşlik etdiyini vurğulayıb.
01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.