Gözəl Zutova dünya çempionu oldu
29 Avqust 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
544
04.12.2024, 17:03
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola uzun müddətdir komandaya rəhbərlik etməsinin səbəbini açıqlayıb.
Oxu24.com İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ildən "şəhərlilər"i çalışdıran 53 yaşlı mütəxəssis bunları deyib:
“Aydındır ki, 9 ildir, burada işləməyim çox şey deyir. "Barselona" mənim üçün xüsusi bir klub idi. Çünki mən ürəyimdəki klubun oyunçusu və baş məşqçisi olmuşdum. Klublar bir çox cəhətdən müqayisə olunmazdır. "Bavariya" kimi nəhəngin baş məşqçisi olmaq isə mənim üçün böyük dərs idi. Ancaq 9 il "Mançester Siti"də qalmağımın səbəbi yalnız burada sabitlik tapmağım və özümü yaxşı hiss etməyim oldu. Bəs əsas səbəb nə idi? Burada axmaq insanlar yoxdur”.
Qeyd edək ki, "Mançester Siti" Xosep Qvardiolanın baş məşqçiliyi altında 6 dəfə Premyer Liqanın qalibi olub. Həmçinin komanda onunla 2 dəfə İngiltərə kubokunu, 4 dəfə İngiltərə liqa kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu və 1 dəfə klubararası dünya çempionatını qazanıb.
Cari mövsümdə isə “Mançester Siti” uğursuz nəticələrinə görə tənqid olunur. "Şəhərlilər" hazırda 23 xalla Premyer Liqada 5-ci yerdədirlər. Lider "Liverpul"un isə 34 xalı var. "Mançester Siti" son 7 oyununda qələbə qazana bilməyib. Komana bu görüşlərdən 6-da uduzub, 1-də isə heç-heçə edib.
01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.