Qaynar xətt:

(+99450) 247 90 86

20 dəqiqəyə hər şeyi sığdırdı...- Video

20 dəqiqəyə hər şeyi sığdırdı...- Video

İDMAN

299

21.10.2024, 11:39

Polşa Liqasında keçirilən “Rakuv”- “Poqon” matçında maraqlı anlar yaşanıb. 

Oxu24.com xəbər verir ki, meydan sahiblərinin futbolçusu Matey Rodin 83-cü dəqiqədə oyuna daxil olduqdan sonra fərqlənməyi bacarıb. 

Belə ki, 90+10-da oyunun ilk qolunu vuran futbolçu sevincini qeyd etmək üçün formasını çıxarıb. Hakim isə bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib. 

Amma referi VAR-a baxıb və qolu ləğv edib, sarı vərəqə isə qüvvədə qalıb. 

 90+13-də ikinci qolu vuran Rodin yenidən formasını çıxarıb. 

Qol sayılsa da, o, ikinci sarı vərəqəni görərək meydandan qovulub. Bütün bunlara baxmayaraq, futbolçunun 20 dəqiqəlik çıxışı komandasına 1:0 hesablı qalibiyyət gətirib. 

Sözügedən oyunun icmalını təqdim edirik: