Qaynar xətt:

(+99450) 247 90 86

"Yunayted"in futbolçusu "Fənərbaxça"ya qarşı oynamayacaq

İDMAN

75

18.10.2024, 15:30

"Mançester Yunayted"in futbolçusu Kobbie Mainoo zədələnib.

Oxu24.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

O, Premyer Liqanın "Aston Villa" ilə matçında sıradan çıxıb. 

"The Times"ın yaydığı məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ən az 7 matçı buraxacaq. Bunlar Premyer Liqada "Brentford", "Vest-Hem", "Çelsi" və "Lester"lə görüşlər, İngiltərə kubokunda "Lester"lə oyun, Avropa Liqasının Liqa mərhələsində isə "Fənərbaxça" və PAOK-la qarşılaşmalardır. 

Qeyd edək ki, Mainoo bu mövsüm 9 oyuna çıxıb.