Qaynar xətt:

(+99450) 247 90 86

Qara Qarayev "Neftçi"dən getdi

Qara Qarayev "Neftçi"dən getdi

İDMAN

414

19.09.2024, 13:28

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.