Qaynar xətt:

(+99450) 247 90 86

1990cı il Dünya Kubokunun bombardiri Şillaççi vəfat edib

1990cı il Dünya Kubokunun bombardiri Şillaççi vəfat edib

İDMAN

231

18.09.2024, 14:08

1990-cı il dünya çempionatının bombardiri Salvatore Şilakçi 59 yaşında vəfat edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə İtaliyanın "Gazzetta dello sport" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçunun ölümünə səbəb onun son illərdə mübarizə apardığı, bir neçə əməliyyat və kimyaterapiya keçirdiyi düz bağırsağın xərçəngi olub.

 

Şilakçi İtaliyada Turin "Yuventus"u və "İnter"də çıxış edib. 1990-cı il Dünya Kubokunda forvard turnirdə altı qol vuraraq ən çox qol vuran futbolçu oldu. “Skuadra Adzurra” üçüncü yer uğrunda görüşdə İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək mundialın bürünc medalları ilə kifayətlənib.

 

Şilakçi 33 yaşında Yaponiya çempionatında mübarizə apararaq idman karyerasını başa vurub. Oyunçu karyerasını bitirdikdən sonra Salvatore bir neçə film və serialda rol alıb.

 

Bundan əvvəl Dmitri Quberniev Artem Dzyubanı həssas və paxıl olmaqda günahlandırmışdı.

 

Miri