Qızı ölüm ayağında olarkən final oyununa çıxdı — Təsirli həyat hekayəsi
07 Sentyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
264
05.09.2024, 11:58
"Formula 1" üzrə Azərbaycan Qran-prisi müddətdə bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi, sentyabrın 9-dan cümə axşamı sentyabrın 12-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.
Giriş nöqtələri:
Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində.
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.
Belə ki, 9-10-11 sentyabr tarixlərində, səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
12 sentyabr tarixində sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.
11:45 / 08 Sentyabr 2026
4
11:32 / 08 Sentyabr 2026
115
11:30 / 08 Sentyabr 2026
35
11:28 / 08 Sentyabr 2026
36
11:20 / 08 Sentyabr 2026
38
11:10 / 08 Sentyabr 2026
50
11:09 / 08 Sentyabr 2026
49
11:05 / 08 Sentyabr 2026
53
11:04 / 08 Sentyabr 2026
61
11:00 / 08 Sentyabr 2026
47
10:55 / 08 Sentyabr 2026
46
10:47 / 08 Sentyabr 2026
317
10:46 / 08 Sentyabr 2026
45
10:36 / 08 Sentyabr 2026
48
10:27 / 08 Sentyabr 2026
49
10:24 / 08 Sentyabr 2026
52
10:16 / 08 Sentyabr 2026
56
10:15 / 08 Sentyabr 2026
52
10:02 / 08 Sentyabr 2026
231
09:23 / 08 Sentyabr 2026
203
09:18 / 08 Sentyabr 2026
188
09:17 / 08 Sentyabr 2026
54
09:15 / 08 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.