Qaynar xətt:

(+99450) 247 90 86

İdmançı əməliyyatdan sonra öldü

İdmançı əməliyyatdan sonra öldü

İDMAN

899

09.01.2024, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı xokkeyçi Dmitri Qorbunov 38 yaşında  əməliyyatdan sonra vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə E1.RU məlumat yayıb.

 

İdmançının ölümünə səbəb bakteriyaların yaratdığı sepsis və hipoksiyalı beyin zədəsi olub.

 

Anası 2018-ci ildə oğlunun körpücük sümüyünü iki dəfə sındırdığını və sümükdə metal lövhə ilə yaşadığını, lakin onun çıxarılması üçün əməliyyatı 4 il gecikdirdiyini bildirib.

 

Qorbunov 2023-cü ilin oktyabrında bunu etmək qərarına gəldi, lakin bu, uğursuz oldu.

Xokkeyçi əməliyyatdan iki həftə sonra komaya düşüb və dünyasını dəyişib. Hüquq-mühafizə orqanları şəxs tərəfindən öz peşə borcunu lazımınca yerinə yetirməməsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.

Qorbunov Orgmaster komandasında ORGMASTER həvəskarlar liqasında oynayıb.

 

Müəllif: Nigar