Qaynar xətt:

(+99450) 247 90 86

Əmək müqaviləsinə  hansı  hallarda  xitam verilə bilər? - Hüquqi yardım 

Əmək müqaviləsinə  hansı  hallarda  xitam verilə bilər? - Hüquqi yardım 

HÜQUQ

1165

18.11.2023, 22:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com  oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu əmək müqaviləsi ilə bağlıdır.

 

Əmək müqaviləsinə  hansı  hallarda  xitam verilə bilər?

 

Bununla  bağlı  Əmək  Məcəlləsinin  68-cı maddəsində  bəhs edilir.

 

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar ;

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

 

Müəllif:Afət