Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2661
25.12.2020, 14:13
Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.
Komitədən Oxu24.com-a verilən məlumata görə, Milli Məclisinin İnsan Hüquqları Komitəsi, Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara qarşı, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda operativ məlumatlandırmaq məqsədi ilə dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.
Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.
Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və s.beynəlxalq insan hüquqları təşkilatları yer alıb.
Müraciətdə Ermənistanın müharibə cinayətlərinin Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.
Müraciətdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.
Bu günlərdə, Mənzil Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin “Məlumat və Sübutlar Şöbəsinin” müdiri Mark Dilon tərəfindən, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.
Məktubda cənab Mark Dilon İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün BCM Prokurorluq İdarəsinin Kommunkasiya Reyestrinə daxil edilməsini bildirir. Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir. Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman, yazılı olaraq qərarla bağlı İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir.
23:59 / 14 Noyabr 2026
90
23:51 / 14 Noyabr 2026
61
23:47 / 14 Noyabr 2026
73
23:33 / 14 Noyabr 2026
79
23:23 / 14 Noyabr 2026
223
23:16 / 14 Noyabr 2026
74
23:05 / 14 Noyabr 2026
309
23:01 / 14 Noyabr 2026
161
22:28 / 14 Noyabr 2026
726
22:19 / 14 Noyabr 2026
89
21:55 / 14 Noyabr 2026
114
21:32 / 14 Noyabr 2026
137
21:22 / 14 Noyabr 2026
175
21:11 / 14 Noyabr 2026
744
21:04 / 14 Noyabr 2026
884
21:02 / 14 Noyabr 2026
126
20:56 / 14 Noyabr 2026
656
20:50 / 14 Noyabr 2026
136
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1312
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
125
19:36 / 14 Noyabr 2026
2016
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.