“Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.
Bu barədə Oxu24.com-a DİN Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “KamAZ” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb. Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub:
"Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir".
ŞƏRHLƏR