Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov: "Tibbi maskadan istifadə etmədiyinə görə 17 820 nəfər cərimələnib"

Vilayət Eyvazov: \\\"Tibbi maskadan istifadə etmədiyinə görə 17 820 nəfər cərimələnib\\\"

HÜQUQ

509

21.07.2020, 19:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Karantin rejimi dövründə tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

Oxu24.com-un məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb, onlardan 788 nəfəri həbs edilib, 193 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.