Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
843
13.03.2020, 16:10
Azərbaycanda koronavirusa görə qəlyandan istifadə rəsmən qadağan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ötən gün Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
Bir çox obyektlərdə bu qadağaya əməl edilsə də, hələ də menyusunda qəlyan təklif edən müəssisələr də var.
Bəs bu qadağalara necə nəzarət edilir?
Nazirlər Kabinetindən BAKU.WS-ə bildirilib ki, bu qadağaların icrasına nəzarət müvafiq qurumlara tapşırılacaq. Hələlik isə bununla bağlı hansısa quruma tapşırıq verilməyib.
Lakin ehtimal edilir ki, bu məsələyə nəzarət Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə olunacaq.
Qadağanın icrasına gəlincə, polis və AQTA əməkdaşları qəlyan çəkmə hallarına rast gəldikdə qanun çərçivəsində ölçü götürəcəklər.
Polis xidmət göstərdiyi yer üzrə ərazidə fəaliyyət göstərən obyektdə qanun pozuntusu aşkar etdikdə sahibkar barəsində müvafiq ölçülər götürəcək.
Qərar dünən çıxdığı üçün hələlik bu sahədə nəzarət tam formalaşmayıb. İndiyə qədər də yoxlamalar zamanı hansısa qayda pozuntusuna rast gəlinməyib.
Qeyd edək ki, mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.
Eyni zamanda Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.