Siyasi qərarların qəbulunda ictimai rəyin rolu - Hüquqşünas Ellada Bayramovanın ŞƏRHİ
20 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
840
19.12.2019, 16:19
Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi nəhayət ki, başa çatıb.
“Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir”.
Bu sözləri Bizimyol.info-ya Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev bildirib. O eyni zamand qeyd edib ki, şairə İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir”.
“Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir: Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi.O, məhkəmənin qərarı ilə razılaşmışdı.Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi.Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.
Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin (Cəfərova) bir sıra saytlarda”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək “Xoşqədəm dövlətin əleyhinə gedir”, “Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, “Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun” başlıqlı açıqlamaları ilə bağlı müraciət edib.
Nəticədə məhkəmədə bu ifadələrin təhqir və böhtan olduğu, ekspertizanın verdiyi rəylə həmin sözlərin təhqir və böhtan xarakterli şərəf və ləyaqətə xələl gətirən ifadələr olduğu məlum olub. Bu əsasla Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin çıxardığı qətnamə ilə Xoşqədəm Hidayətqızının xeyrinə qərar verilib. Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.
Xatırladaq ki, tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlamışdı.
Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə bu proqramdan sonra intihara cəhd etmişdi. O, Nazilə Səfərlinin onun yaşamasına mane olduğunu, ondan əl çəkməsini istəyib: “Nazilə, sən və ailən məni rahat buraxın. Məni məcbur etməyin ki, intihar edim. Məndən əl çəkin, imkan verin, uşaqlarımla yaşayım. Mənim başıma bir hadisə gəlsə, bunun səbəbkarı siz olacaqsız. Rahat buraxın məni”.
18:41 / 21 Noyabr 2026
1
18:29 / 21 Noyabr 2026
47
18:19 / 21 Noyabr 2026
55
18:18 / 21 Noyabr 2026
62
17:54 / 21 Noyabr 2026
118
17:43 / 21 Noyabr 2026
928
17:30 / 21 Noyabr 2026
98
17:17 / 21 Noyabr 2026
99
17:16 / 21 Noyabr 2026
139
17:08 / 21 Noyabr 2026
130
16:45 / 21 Noyabr 2026
104
16:39 / 21 Noyabr 2026
129
16:26 / 21 Noyabr 2026
243
16:20 / 21 Noyabr 2026
129
16:05 / 21 Noyabr 2026
109
16:00 / 21 Noyabr 2026
154
15:49 / 21 Noyabr 2026
146
15:48 / 21 Noyabr 2026
111
15:36 / 21 Noyabr 2026
142
15:35 / 21 Noyabr 2026
113
15:32 / 21 Noyabr 2026
133
15:30 / 21 Noyabr 2026
619
15:29 / 21 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.