Ədliyyə naziri Fərid Əhmədovun geniş MÜSAHİBƏSİ
07 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1084
28.08.2026, 13:30
Azərbaycanda bank kreditləri üzrə zaminlik öhdəliyi minlərlə vətəndaşın qarşılaşdığı ən böyük maliyyə və hüquqi problemlərdən birinə çevrilib. Çox vaxt yaxın dost, qohum və ya iş yoldaşına kömək etmək məqsədilə imzalanan zaminlik müqaviləsi sonradan gözlənilməz ağır nəticələrə yol açır. Əsas borcalan şəxs kredit borcunu vaxtında ödəmədikdə və ya ödənişdən yayındıqda, banklar bütün maliyyə yükünü zaminin üzərinə qoyurlar.
Hətta aradan illər keçməsinə baxmayaraq, maliyyə təşkilatları zamin olan şəxsləri narahat edərək borcun ödənilməsini tələb etməkdə davam edirlər. Bu durum bir çox vətəndaşın bank hesablarının dondurulmasına, maaşından tutulmalara və ciddi mənəvi-psixoloji gərginlik yaşamasına səbəb olur. Lakin əksər vətəndaşlar qanunvericiliyin onlara verdiyi hüquqlardan və zaminlik öhdəliyinə xitam verilməsi qaydalarından tam xəbərdar deyillər. Mülki qanunvericiliyə əsasən, zaminlik müddəti və öhdəliyin xitam olunması ilə bağlı konkret hüquqi mexanizmlər və vaxt çərçivələri mövcuddur. Məhz bu səbəbdən bankların əsassız və ya vaxtı keçmiş tələblərindən qanuni yolla azad olmaq tamamilə mümkündür.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Aynur Musayeva zaminlik öhdəliyinin hüquqi mahiyyətini və vərkəndə gələn problemlərin həlli yollarını şərh edib.
Vəkil Aynur Musayeva bildirib ki, zaminlik sadəcə formal bir imza deyil, hüquqi məsuliyyətdir:
"Zamin — başqa bir şəxsin kreditor (bank) qarşısındakı borcunu və öhdəliyini öz üzərinə götürən şəxsdir. Təcrübədə tez-tez rast gəlirik ki, vətəndaşlar kiməsə zamin dururlar, lakin illər keçsə də banklar onları narahat etməyə, pulun ödənilməsini tələb etməyə davam edir. Lakin unutmaq olmaz ki, zaminlik öhdəliyi əbədi deyil”.
Vəkil qeyd edib ki, Mülki Qanunvericiliyə əsasən, iddia müddətləri, müqavilə şərtlərinin dəyişdirilməsi və ya zaminlik müddətinin bitməsi kimi hallarda zaminlik öhdəliyinə xitam verilir:
“Əgər bank illərlə borcu əsas borcludan tələb etməyib sükut saxlayıbsa və ya zaminlik müqaviləsinin qüvvədə olma müddəti başa çatıbsa, bankın zamin qarşısında tələb irəli sürmək hüququ hüquqi baxımdan aradan qalxır”.
Aynur Musayevanın sözlərinə görə, zaminlikdən təcili və qanuni şəkildə azad olmaq istəyən şəxslər müvafiq hüquqi prosedurlara riayət edərək aidiyyəti üzrə müraciət edə bilərlər. Düzgün hüquqi əsaslandırma və məhkəmə müstəvisində müdafiə sayəsində vətəndaşların bu ağır maliyyə yükündən tamamilə azad olunması mümkündür.
Çimnaz Telmanqızı
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.