Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
959
13.01.2026, 19:29
Bəzən bir ünvanda qeydiyyatda olmaq, həmin evdə yaşamaq anlamına gəlmir. Uzun müddət əvvəl qeydiyyata düşmüş, lakin faktiki olaraq orada yaşamayan şəxslər zamanla ev sahibləri üçün hüquqi problemə çevrilə bilir. Belə hallarda qanunvericiliyin təqdim etdiyi mexanizmləri bilmək xüsusilə vacibdir.
Oxu24.com xəbər verir ki, Qanuna əsasən, mənzildə və ya fərdi yaşayış evində qeydiyyatda olan, lakin faktiki yaşamayan və yaşayış sahəsindən istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması üçün ilk mərhələdə ərazi üzrə polis orqanına müraciət edilməlidir.
Müraciətdə həmin şəxsin ünvanda yaşamaması və mənzildən istifadə hüququnun olmaması göstərilməlidir.
Ərazi polis orqanı qeydiyyatdan çıxarılma ilə bağlı müraciəti təmin etmədiyi təqdirdə, vətəndaş inzibati qaydada məhkəməyə üz tuta bilər.
Bu halda polis orqanından alınmış rəsmi imtina cavabı əsasında inzibati məhkəməyə iddia ərizəsi təqdim olunur və qeydiyyatda olan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin polis orqanının üzərinə qoyulması tələb edilir.
Onu da qeyd edək ki, inzibati mübahisələr üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
Bu isə vətəndaşlara öz hüquqlarını əlavə maliyyə yükü olmadan məhkəmə qaydasında müdafiə etmək imkanı yaradır.
Hazırladı: Şahbaz
21:32 / 14 Noyabr 2026
18
21:22 / 14 Noyabr 2026
56
21:11 / 14 Noyabr 2026
258
21:04 / 14 Noyabr 2026
99
21:02 / 14 Noyabr 2026
80
20:56 / 14 Noyabr 2026
76
20:50 / 14 Noyabr 2026
86
20:38 / 14 Noyabr 2026
90
20:23 / 14 Noyabr 2026
812
19:54 / 14 Noyabr 2026
91
19:50 / 14 Noyabr 2026
95
19:36 / 14 Noyabr 2026
1497
19:15 / 14 Noyabr 2026
130
19:12 / 14 Noyabr 2026
126
19:05 / 14 Noyabr 2026
118
18:50 / 14 Noyabr 2026
125
18:43 / 14 Noyabr 2026
134
18:21 / 14 Noyabr 2026
861
18:09 / 14 Noyabr 2026
143
18:06 / 14 Noyabr 2026
570
18:03 / 14 Noyabr 2026
118
17:18 / 14 Noyabr 2026
233
17:15 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.