Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
795
12.01.2026, 17:56
Bəzi hallarda vətəndaşlar ölkədən çıxış zamanı gözlənilməz məhdudiyyətlərlə üzləşirlər. Bu cür məhdudiyyətlər adətən borc öhdəliklərinin və ya məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı yaranır və qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq olunur.
Şəxsin ölkədən çıxışına və ya ölkəyə girişinə qadağa icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə qoyulur. Əsasən mülki xarakterli işlərdə yəni şəxsin banka, fiziki və ya hüquqi şəxsə pul borcu olduqda, yaxud aliment, cərimə və digər hüquqi öhdəlikləri yerinə yetirmədikdə bu tədbir tətbiq edilə bilər.
Məhkəmə qərarı icraya yönəldildikdən sonra sənəd icra məmuruna göndərilir və icra məmuru borcun ödənilməsini təmin etmək məqsədilə ölkədən çıxışa məhdudiyyət qoyulması barədə məhkəməyə müraciət edir.
Bu qadağanın aradan qaldırılması yalnız borcun tam şəkildə ödənilməsi və ya məhkəmə qərarında göstərilən öhdəliyin yerinə yetirilməsi ilə mümkündür. Yəni borc mövcud olduğu və icra sənədi qüvvədə qaldığı müddətdə hər hansı digər əsasla ölkədən çıxış qadağasının ləğv edilməsi mümkün deyil.
Borc ödənildikdən və ya öhdəlik icra edildikdən sonra icra məmuru tərəfindən müvafiq sənədlər hazırlanır və məhkəməyə təqdim olunur. Məhkəmənin qərarı əsasında isə tətbiq edilmiş giriş-çıxış məhdudiyyəti aradan qaldırılır.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.