Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1964
10.01.2026, 17:00
Son illər açıq ürək əməliyyatı keçirən vətəndaşların pensiya və əlillik statusu ilə bağlı sualları artmaqdadır. Xüsusilə 2022-ci ildən sonra əlilliyin təyin olunması meyarlarında edilən dəyişikliklər bir çox şəxsdə anlaşılmazlıq yaradıb. Bəs açıq ürək əməliyyatı keçirən şəxs pensiya ala bilərmi, onun əlillik statusu hansı hallarda saxlanılır və ya ləğv oluna bilər?
Oxu24.com-un məlumatına görə bu məsələdə əsasən iki mühüm hüquqi məqam var və onlar birbaşa mövcud qanunvericiliklə tənzimlənir. Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar 2 iyul 2022-ci ildə qüvvəyə minib. Əgər vətəndaşa 2 iyul 2022-ci ilədək pensiya və ya əlillik təyin olunubsa və sonradan reabilitasiya adı altında yenidən qiymətləndirmə aparılıbsa, bu hal onun avtomatik sağlam hesab edilməsi demək deyil. Çünki ürək elə bir orqandır ki, onun tam reabilitasiya olunma ehtimalı tibbi baxımdan olduqca məhduddur. Qanunvericiliyə əsasən, 2022-ci ilə qədər pensiya alan vətəndaşlar yeni meyarlar tətbiq edilsə belə, sağlamlıq vəziyyəti dəyişməyibsə, əlil statusunu saxlaya bilərlər. Hazırda bu qiymətləndirmə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni qaydalar əsasında aparılır. Əgər vətəndaşın əlilliyi ləğv edilərsə, o, bu qərarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququna malikdir.
Məhkəmə prosesi zamanı hakim tərəfindən müstəqil tibbi ekspertiza təyin edilə bilər. Bu zaman müvafiq ekspert qurumu — məsələn, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” vətəndaşın ürəyinin funksional vəziyyətini qiymətləndirir və rəsmi rəy təqdim edir.Həmin rəy əsasında vətəndaşın sağlamlıq durumuna uyğun olaraq əlillik dərəcəsi yenidən müəyyən edilməli və onun sosial təminat hüquqları təmin olunmalıdır.
Qeyd edək ki, hər bir müraciət fərdi qaydada araşdırılır və vətəndaşların hüquqlarının qorunması üçün qanunvericilik müvafiq mexanizmlər nəzərdə tutur.
Turan
23:51 / 14 Noyabr 2026
1
23:47 / 14 Noyabr 2026
22
23:33 / 14 Noyabr 2026
51
23:23 / 14 Noyabr 2026
144
23:16 / 14 Noyabr 2026
60
23:05 / 14 Noyabr 2026
235
23:01 / 14 Noyabr 2026
102
22:28 / 14 Noyabr 2026
628
22:19 / 14 Noyabr 2026
79
21:55 / 14 Noyabr 2026
107
21:32 / 14 Noyabr 2026
128
21:22 / 14 Noyabr 2026
162
21:11 / 14 Noyabr 2026
716
21:04 / 14 Noyabr 2026
828
21:02 / 14 Noyabr 2026
121
20:56 / 14 Noyabr 2026
613
20:50 / 14 Noyabr 2026
129
20:38 / 14 Noyabr 2026
127
20:23 / 14 Noyabr 2026
1272
19:54 / 14 Noyabr 2026
116
19:50 / 14 Noyabr 2026
120
19:36 / 14 Noyabr 2026
1958
19:15 / 14 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.