Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1453
29.12.2025, 21:20
Azərbaycanda işçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı vətəndaşların hüquqları Əmək Məcəlləsinin 77-ci maddəsi ilə qorunur. Bir çox hallarda işçilər öz hüquqlarını bilmədiyi üçün qanunla onlara düşən ödənişlərdən məhrum olurlar.
Oxu24.com xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, işəgötürən və işçi arasındakı münasibətlərdə bu mühüm təminatlar nəzərdə tutulub:
-2 ay əvvəl xəbərdarlıq və "iş axtarma günü"
İşəgötürən ştat ixtisarı zamanı işçini ən azı iki ay əvvəl rəsmi şəkildə xəbərdar etməlidir. Maraqlı məqam budur ki, həmin iki aylıq xəbərdarlıq müddəti ərzində işçiyə yeni iş tapmaq üçün hər həftə azı bir iş günü icazə verilməlidir və həmin gün üçün əməkhaqqı tam ödənilməlidir.
Hansı ödənişlər verilməlidir?
Məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə işdən çıxarılanlara aşağıdakılar ödənilir:
1)Orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti
2)İşdən çıxdığı gündən yeni işə düzələnədək, ikinci və üçüncü aylar üçün də orta əməkhaqqı (müvafiq arayışlar əsasında).
2 aylıq maaşı birdəfəyə alıb çıxmaq olar?
İşçinin razılığı olduğu halda, işəgötürən 2 aylıq xəbərdarlıq müddətini gözləmədən, həmin müddətin əvəzinə iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müqaviləyə xitam verə bilər.
Vəfat halında və digər xüsusi hallarda ödənişlər
Qanunvericilik həmçinin işçinin vəfatı ilə bağlı maraqlı bəndi də özündə əks etdirir. Belə ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının üç misli miqdarında müavinət ödənilir.
Əsgərliyə gedənlərin iş yeri saxlanılırmı?
Müəssisənin ləğvi istisna olmaqla, hərbi xidmətə çağırılan işçilərin iş yeri və vəzifəsi saxlanılır. Onlar tərxis olunduqdan sonra 60 təqvim günü ərzində həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə qayıtmaq hüququna malikdirlər.
Oxu24.com xatırladır ki, valideynlərini itirmiş və kimsəsiz uşaqlar üçün əlavə güzəştlər də mövcuddur.
İşəgötürənlər belə şəxsləri ixtisar etdikdə onların yeni peşə hazırlığına cəlb olunmasını təmin etməlidirlər.
Çimnaz Telmanqızı
08:35 / 14 Oktyabr 2026
1
08:06 / 14 Oktyabr 2026
86
08:04 / 14 Oktyabr 2026
58
08:02 / 14 Oktyabr 2026
54
00:30 / 14 Oktyabr 2026
1020
00:28 / 14 Oktyabr 2026
1710
00:11 / 14 Oktyabr 2026
560
00:09 / 14 Oktyabr 2026
179
23:55 / 13 Oktyabr 2026
422
23:55 / 13 Oktyabr 2026
148
23:55 / 13 Oktyabr 2026
182
23:54 / 13 Oktyabr 2026
168
23:43 / 13 Oktyabr 2026
151
23:41 / 13 Oktyabr 2026
212
23:33 / 13 Oktyabr 2026
130
23:24 / 13 Oktyabr 2026
727
23:15 / 13 Oktyabr 2026
203
23:02 / 13 Oktyabr 2026
370
22:57 / 13 Oktyabr 2026
162
22:49 / 13 Oktyabr 2026
319
22:47 / 13 Oktyabr 2026
167
22:43 / 13 Oktyabr 2026
132
22:25 / 13 Oktyabr 2026
1105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.