Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
729
19.12.2025, 16:19
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu əmlakın siyahıya alınması ilə bağlıdır.
Vergi Məcəlləsinin 89-cu maddəsində əmlakın siyahıya alınmasından bəhs olunur.
Sözügedən maddəyə görə,vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.
Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.
Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.
Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.
Miri Məcidli
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.