Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA
09 Oktyabr 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
824
21.10.2025, 17:37
Baş Prokurorluq vətəndaş Lalə Ayvazlının müraciəti ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumatda bildirilib ki, bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.
Bununla bağlı bildirilib ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib:
"Belə ki, Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.
Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal rayon prokurorluğuna tapşırılıb.
Yasamal rayon prokurorluğunda əlavə araşdırma aparılan müddətdə material üzrə bir neçə dəfə ekspertizalar, o cümlədən təkrar komisyon məhkəmə-tibb ekspertizası, əlavə komisyon məhkəmə-tibb ekspertizaları keçirilib, L.Ayvazlının və onun şikayətçi olduğu “Kəpəz” Hospitalın həkimlərinin izahatları alınıb, habelə əməliyyat tapşırığı, eləcə də müvafiq sorğular verilərək cavablar alınıb.
Lalə Ayvazlının həm qəbullar zamanı, həm də yazılı müraciətlərində göstərdiyi xüsusatlar toplanmış sübutlar və ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından, toplanmış material üzrə bir neçə dəfə, sonuncu dəfə isə 30 sentyabr 2025-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.
Bundan başqa, vətəndaş L.Ayvazlının onu əməliyyat etmiş S.Xudiyevanın plastik cərrah kimi “Badam” klinikasında qanunsuz fəaliyyət göstərməsi barədə digər müraciəti araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib və S.Xudiyeva nazirlik tərəfindən tutduğu vəzifəsindən çıxarılıb".
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.