Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət Elinanın ailəsinə ödənişsiz vəkil verdi

2019-04/1555926044_anar-bagirovqq1_1555925178.jpg

HÜQUQ

1609

22.04.2019, 13:41

\"\"  162 nömrəli məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ailəsi məhkəmə proseslərində onların hüquqlarını müdafiə etmək üçün vəkilə pullarının olmadığı barədə mətbuata məlumat vermişdi.
İntihar edən məktəblinin anası  Sevil  Hüseynova  mətbuata  açıqlamasına \"biz kasıb ailəyik, pulumuz yoxdur. Hüquqşünasa verməyə pulumuz yoxdur.Hər kəsdən xahiş edirəm ki, bizə yardım etsin\" deyə bildirmişdi. Bu məlumatdan sonra dövlət Elinanın ailəsinin müdafiəsini öz üzərinə götürüb. Oxu24.com  xəbər  verir  ki, bu barədə  məlumatı nüfuzlu  Femida.az  hüquq portalı yayıb. Saytın yazdığına görə,  Elina Hacıyevanın anasının bu müraciətindən sonra Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dərhal Sevil Hüseynova ilə əlaqə saxlayıb. O, Vəkillər Kollegiyasına dəvət olunub. Lazımı hüquqi yardım göstərilməsi barədə Kollegiyanın sədrindən göstəriş verilib. Sevil  Hüseynova ödənişsiz  vəkillə  təmin edilib. Həmçinin oxu:  Bakıda dəhşət! Burun əməliyyatından sonra qanı kəsə bilmədilər, komaya düşən qız öldü