Bu şəxslər işlədikləri yerdən çıxarkən bu ödənişləri alacaqlar - İzah
21 Sentyabr 2026, 17:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2617
24.02.2024, 21:38
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əmək müqaviləsinin bağlanması və sonlandırılması qaydaları ilə bağlıdır.
Əmək qanunvericiliyi müddətinə görə əmək müqaviləsinin müddətli və müddətsiz növlərini fərqləndirib.
Mövzu ilə bağlı Oxu24.com-a hüquqi şərh verən vəkil Sadiq Əfəndiyev bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.

Vəkil Sadiq Əfəndiyev
Vəkil Sadiq Əfəndiyev müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasından bəhs edərkən bildirib ki, Qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi əmək müqaviləsinin müddətinin qurtarması göstərilib.
Lakin nəzərə alınmalıdır ki, əmək müqaviləsinə bu əsasla xitam verilməsi üçün qanunda nəzərədə tutulmuş prosedur daxilində hərəkət etmək lazımdır.
Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə onun müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Göründüyü kimi, müddətli əmək müqaviləsinin xitamı üçün qısamüddətli tələbetmə müddəti müəyyən edən qanunvericinin niyyəti əslində əmək münasibətlərinin davamlılığının saxlanılmasına yönəlib.
Müddətli əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermək üçün məhz qanunda nəzərdə tutulan müddət ərzində, yəni müddət bitdikdən yaxud üzürlü səbəblərdən işdə olmayan işçi işə çıxdıqdan sonra bir həftə ərzində müqavilənin xitamını tərəflər bir-birindən tələb edə bilərlər.
Müddət hesablanarkən Əmək Məcəlləsinin 8-ci maddəsinin müəyyən etdiyi qayda nəzərə alınmalıdır. Belə ki, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
Sözsüz, bir həftədən sonra müqaviləyə xitam verilməsi barədə tələb hər hansı hüquqi nəticə doğurmayacaq və göstərilən əsasla müqavilənin xitamına səbəb olmaycaqdır. Məsələ məhkəmə müstəvisində mübahisələndirildiyi halda isə müqaviləyə xitam verilməsi barədə tələbin vaxtında verilməsini sübut etmək vəzifəsi mülki-prosessual qanunvericiliyə əsasən müqavilənin xitamını tələb edən tərəfin üzərinə düşəcəkdir.
Yeri gəlmişkən qeyd edək ki, müqaviləyə xitam verilməsi barədə tələbin yazılı yaxud şifavi verilməsi barədə istinad olunan maddədə hər hansı göstəriş mövcud deyildir.
Belə çıxır ki, tələb hər iki formada,yəni istər şifahi, istərsə də yazılı formada verilə bilər. Ancaq nəzərə alınmalıdır ki, sübutetmə zamanı yazılı tələbin sübut qismində mötəbərliyi daha çoxdur. Bu baxımdan hesab edirəm ki, əmək müqaviləsinin yazılı formasına müvafiqliyi təmin etmək, eləcə də zəruriyyət yarandığı halda sübutetməni asanlaşdırmaq məqsədilə müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbin yazılı formada verilməsinin imaperativ qaydada Əmək Məcəlləsinin müvafiq maddəsində təsbit edilməsi daha məqəsədəmüvafiqdir.
Müəllif: Miri Məcidli
17:25 / 21 Sentyabr 2026
1
17:23 / 21 Sentyabr 2026
4
17:00 / 21 Sentyabr 2026
26
16:44 / 21 Sentyabr 2026
314
16:40 / 21 Sentyabr 2026
36
16:34 / 21 Sentyabr 2026
44
16:30 / 21 Sentyabr 2026
45
16:27 / 21 Sentyabr 2026
36
16:19 / 21 Sentyabr 2026
48
16:01 / 21 Sentyabr 2026
405
15:48 / 21 Sentyabr 2026
63
15:47 / 21 Sentyabr 2026
62
15:45 / 21 Sentyabr 2026
53
15:45 / 21 Sentyabr 2026
52
15:20 / 21 Sentyabr 2026
55
15:05 / 21 Sentyabr 2026
66
15:00 / 21 Sentyabr 2026
79
14:59 / 21 Sentyabr 2026
55
14:40 / 21 Sentyabr 2026
60
14:30 / 21 Sentyabr 2026
182
14:15 / 21 Sentyabr 2026
345
14:05 / 21 Sentyabr 2026
68
13:57 / 21 Sentyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.