Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76466
az

Qarabağda PUA emalatxanası açılır: Bəs sülhməramlılar nəyə nəzarət edir? — ŞƏRH

09:3701 Noyabr, 2022
876
HƏRBİ
  • A
 
“Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “PUA emalatxanası”  açılıb. Ermənistan Qarabağda Rusiya sülhməramlılarının kontrolunda olan ərazilərdə belə oluşumların yaradılmasına qəsdən göz yumur”.

Bu fikirləri OXU24.COM -a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib. 

“Fransanın ermənilərlə bağlı mövqeyi bəllidir. Belə bir hərbi müəssisənin də açılması təəccüblü deyil. Nə qədər ki, biz bu ərazilərdə Azərbaycanın suveren dövlət hüquqlarını bərpa etməmişik belə hoqqabazlıqlar çox olacaq. Ayrıca Fransa parlamenti qondarma "Artsax Respublikasını" tanımaqla bağlı layihə də hazırlayıb, yaxın vaxtlarda onun gündəliyə gətirilməsi gözlənilir”.

Onun sözlərinə görə, Rusiya əslində münaqişənin davam etməsini istədiyindən belə təxribatçı hərəkətlərə imkan verir:

“Ermənistana gəlincə, o siyasətini Qarabağda yaşayan ermənilərlə bağlı belə müdaxilə imkanları əldə etmiş olur. Azərbaycanın məsələnin həll olunduğu barədə açıq siyasi mövqeyinə belə təxribatçı hərəkətlərlə cavab vermək istəyirlər. Məsələni beynəlmiləlləşdirmək xətti Ermənistanın prioritetidir. Şübhəsiz ki, bu durum sülh prosesinə xidmət etmir və Azərbaycan dövlətinin adekvat cavabı olmalıdır”. 

Qeyd edək ki, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxt Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ