Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya MN Laçın dəhlizindəki son vəziyyətlə bağlı məlumat yaydı

Rusiya MN Laçın dəhlizindəki son vəziyyətlə bağlı məlumat yaydı

HƏRBİ

2312

09.04.2021, 11:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Checkpoint” istehkamları ilə təchiz edilib”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Həmçinin bildirilib ki, sülhməramlıların xidmət şəraitinin yaxşılaşdırılması üçün blok-modul tipli qəsəbələrin tikilməsi davam etdirilir.