Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45997
az

Azərbaycanda cəbhədən aviabomba tapıldı

09:1507 Yanvar, 2021
2605
  • A
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. ANAMA-dan Oxu24.com-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisində 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əl qumbarasının və aviabombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - VİDEO
İldırım vurması nəticəsində həlak olan DSX mayoru dəfn edilib
Xüsusi təyinatlıların təlimində zərbə PUA-sı tətbiq olunub - VİDEO

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi