Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuz bu ərazilərə nəzarəti ələ keçirib - Novruzlu, Zeyvə, Ucanis... - Polkovnik

Ordumuz bu ərazilərə nəzarəti ələ keçirib - Novruzlu, Zeyvə, Ucanis... - Polkovnik

HƏRBİ

16778

30.12.2020, 08:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təhvil verilib".
Oxu24.com redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir: "Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişdilər. Amma Azərbaycanın qələbəsindən sonra digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib".