Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3017
24.12.2020, 19:53
"Oğlum Füzuli, Cəbrayıl, Qubadlı, Xankəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Axırda Qırmızı Bazar ətrafında gedən döyüşlərdə isə yaralandı. İndi ayağında iki qəlpə var. Mina partlayışı nəticəsində başından travma da alıb. Amma heç bir hərbi hospitala yerləşdirilmədi”.

"Oğlumun 22 yaşı var. Tibb kollecində təhsil alır. Müharibə başlayan kimi da cəbhəyə könüllü yollandı. Ön xətdə sanitar atıcı kimi düşmənlə mübarizə aparıb. Oktyabrın 27-i Xankəndi yaxınlığındakı Qırmızı Bazar ətrafında gedən döyüşlərdə yaralanıb. Ayağında iki qəlpə var. Minanın dalğası nəticəsində başından da travma alıb. Yaralandıqdan sonra 24 saat Füzulidə, 4 gün Kürdəmir, 25 gün də Mingəçevir xəstəxanasında qalıb. Oğlumu Mərkəzi Hərbi Klinik Hospitalda ( el arasında "Papanin" xəstəxanası kimi tanınır, red) yatırılmasını tələb etsəm də, orada yer olmadığı bildirildi. Mingəçevir xəstəxanasında tələb etdim ki, oğlumun başını diaqnoz edin. Çünki oğluma ancaq ağrıkəsicilər verirdilər. Məni xəstəxanadan qovub dedilər ki, narahat etməyin, özümüz oğlunuzun qayğısına qalacağıq. Mən də onlara inanıb, evə qayıtdım. Xəstəxanada yatdığı müddətin 25-ci günündə öyrəndim ki, Zöhrabı Mingəçevirdən Füzuliyə hərbi hissəyə göndəriblər. Mingəçevir xəstəxanasından dedilər ki, oğlun yaxşılaşıb, qəlpələr əriyəcək. Mən anlamıram ki, dəmir insan bədənində necə əriyə bilər? Daha sonra Füzuliyə gedib, komandirlə görüşdüm. Dedim, oğlum yeriyə bilmir, ayaqlarında qəlpə var. Bildirdilər ki, oğlun bura göndərilməməli idi", - deyə ata bildirir.
Onun sözlərinə görə, ayağında qəlpənin olmasına baxmayaraq Zöhrab Muradov Füzulidən Cəbrayıla, oradan isə Qusara göndərilib. "Qusarda mənə bildirdilər ki, oğlunuzu Mərkəzi Hərbi Klinik Hospitala göndərin. Dedim ki, orada yer olmadığını deyiblər. 5-10 gün Qusar xəstəxanasında qaldıqdan sonra maşınla oğlumu Goranboya gətirdim".


"Papanin"ə gedib həmin sənədi təqdim edəndə mənə deyildi ki, forma 11-i Qusardan almaq lazımdır. Yenidən Qusara getdim. Oradan mənə dedilər ki, oğlunuzu artıq tərxis etmişik. Biz forma 11-i verə bilmərik. Beləcə 182 manat xərcim çıxdı, amma oğlumun sənədini ala bilmədim".
SƏməndər Muradovun iki oğlu cəbhədə vuruşur.. Kiçik oğlu 6 aydır, hərbi xidmətdə qulluq edir. Böyük oğlu isə müharibədə yaralanıb .Özü də 44 günlük Vətən Müharibəsində arxa cəbhədə xidmət edib. Hərbi hissələrə çiyinlərində qradın snaryadlarını daşıyıb.

Səməndər Muradov deyir ki, bu günədək qapısını nə rayonun deputatı, nə də icra başçısı döyüb.
"Qoca anamın təqaüdünə baxırıq. Müharibədən öncə məşğulluq idarəsinə işlə bağlı müraciət etmişdik, amma heç bir işlə təmin olunmadıq. Oğlum xəstəxanalarda yatan vaxtı isə evimə nə rayonun deputatı, nə icra başçısı gəldi. Qapımı bir qurumdan belə döyən olmadı”.
Övladım vətən uğrunda canını qoydu, amma nə portalda adı var, nə də bir medalla təltif edilib. Hərbi biletində döyüşdüyü rayonların adı qeyd edilib, möhür vurulub. Amma forma 20-ni ala bilmirik ki, Qarabağ qazisi kimi əlillik dərəcəsi müəyyən edilsin".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.